BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) Yanğın Təhlükəsizliyinin Təmin Edilməsi Üçün Engitech-in Rolu
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Azərbaycanda baş tutdu. Dünya liderlərinin, alimlərin və mütəxəssislərin iqlim dəyişikliyi problemlərini müzakirə etdikləri bu mühüm hadisənin uğurla keçirilməsi üçün komandamız tərəfindən böyük səylər göstərildi.
Əsas vəzifə və Məqsədlər
Tədbirdə qarşımıza qoyulan əsas tapşırıq, fövqəladə hallar zamanı yanğın təhlükəsizliyinin artırılması, yanğın hadisələrinin tez bir zamanda aşkar edilib müvafiq qurumlara və tədbirdə iştirak edən insanlara vaxtında məlumat verilməsi idi. Bu əsasda zərərlərin minimuma endirilməsi üçün ixtisaslaşmış yanaşmalar həyata keçirildi.
Həyata keçirilən tədbirlər
1. Tüstü Xəbərdar Edici Cihazların Quraşdırılması: Tədbirin keçirildiyi məkanlarda tüsünün operativ şəkildə aşkar edilib yanğınla bağlı hər hansı bir hal olduqda vaxtında reaksiya verilməsini təmin edən tüstü xəbərdar edici cihazlar quraşdırıldı.
2. Public Anons Sistemlərinin Quraşdırılması:Tədbirdə iştirak edən şəxslərin tez bir zamanda məlumatlandırılması üçün public anons sistemləri həyata keçirildi. Bu sistem, eyni zamanda, insan təhlukəsizliyinin artırılmasında vacib rol oynadı.
3. Daimi Monitorinq Və Nəzarət: Tədbir müdətində Engitech komandamızın üzvləri gündüz və gecə növbələri şəklində daimi nəzarət etdilər. Bu yanaşma sayəsində, hər hansı bir fövqəladə hal baş verdikdə sistemlərin effektiv işləməsi təmin edildi.
Nəticə
Engitech komandamızın həyata keçirdiyi bu tədbirlər, COP29 kimi böyük bir beynəlxalq tədbirin daha təhlukəsiz şəkildə keçirilməsini təmin etdi. Yanğın təhlukəsizliyi sahəsində istifadə olunan qabaqcıl texnologiyaların və sistemli yanaşmanın vacibliyi bir daha vurğulanmış oldu. Belə işlər ölkəmizin bu cür üst səviyyəli beynəlxalq tədbirlərin keçirilməsində özünü məsuliyyətli bir tərəfdaş kimi göstərməsinə imkan yaradmışdır.